Rəngsaz
Vakansiya: Rəngsaz
Namizədə tələblər:
- Rəngsaz ixtisası üzrə 4-5 il iş təcrübəsi;
- Texniki alətləri və materialları tanımaq ;
- Boyama işlərində tətbiq edilən mexanizmlərin sazlanması qaydalarını bilmək;
- Rənglədiyi materiallarının quruluşunu və yapışma xüsusiyyətlərini bilmək;
- Toksik boya və həlledicilərdən təhlükəsiz istifadə etmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Mebel ehtiyat hissələrinin, rənglənməli olan bütün avadanlıq və detalların rənglənməsini təmin etmək ;
- Rəngləmə və laklamanın texniki şərtləri bilmək və keyfiyyət tələbləri ilə rəngləməni təmin etmək;
- Səthlərin yüksək keyfiyyətli rənglənməsi və bir neçə tonda bəzədilməsi üçün mürəkkəb rəngsaz işlərini həyata keçirmək;
- Mürəkkəb boyama çalarlarını müstəqil tərtib etmək;
- Səthləri lak və hamarlama vasitələri ilə cilalamaq;
- Rəhbərinin digər tapşırıqlarının yerinə yetirmək.
İş şərtləri:
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: razılaşma
- İş yeri Abşeron r-nu, Masazır qəs., Park Masazır yaşayış kompleksinin içində.
- İşçilərin daşınması üçün servis xidmətinin təmini (20 Yanvar metrosu,Saray qəsəsəbi,Xırdalan,Sumqayıt şəhərləri və Masazır qəsəbəsi).
- Əlaqə nömrəsi: 077 465-11-29
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “Rəngsaz” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.