Satınalma üzrə mütəxəssis

2025-06-08 - 2025-08-08

Vakansiya: Satınalma üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

-       Satınalma planının hazırlanması, hər bir satınalma tədbiri üzrə müvafiq fəaliyyət və müqayisə cədvəlinin hazırlanması, satınalmalarla bağlı məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi;

-       Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlamaq;

-       Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət etmək;

-       Tədarükçülərlə sifarişlərin yerləşdirilməsi və tədarüklərin müddətini və şərtlərini razılaşdırmaq üçün danışıqlar aparmaq;

-       Bazar araşdırması aparmaq

-       Bağlanmış müqavilələrin idarə olunması və icrasına nəzarət, planlaşdırma və satınalma fəaliyyəti haqqında hesabatların təqdim edilməsi

-       Rəhbərliyin digər göstərişlərini həll etmək.



Namizədə tələblər: 

-      Ali təhsil;

-      Yaş: 25-35 yaş;

-      İstehsalat sahəsində təcrübə;

-      İngilis və ya Rus dillərində sərbəst ünsiyyət bacarığı. 

-      1C biliyinin olması mütləqdir


İş şəraiti: 

-      Həftədə 6 iş günü, 1 gün (bazar) istirahət;  

-      Əmək haqqı : müsahibə əsasında

-      İş yeri Abşeron r-nu, Masazır qəs.,Qurtuluş YK-nin yaxınlığı.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini   hr@damlamebel.az 

elektron ünvanına mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Karyera imkanları üçün müraciət edin