Satış təmsilçisi (Bakı şəhəri üzrə)

2025-06-08 - 2025-08-08

Vakansiya: Satış təmsilçisi (Bakı şəhəri üzrə)

 

Vəzifə öhdəlikləri:

-      Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq, qoyulan planı icra etmək;

-      Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə yazılı surətdə təqdim etmək;

-      Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək;

-      Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;

-      Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;

-      Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək;

-      Satış müdirinə mütəmadi hesabatlar təqdim etmək.

 

Namizədə tələblər: 

-      Ali Təhsil;  

-      Rus dili biliyi (arzuolunandır);

-      Müvafiq sahə və topdan satış  üzrə 2-3 il iş təcrübəsi;  

-      Təşkilati və analitik bacarıqlar;   

-      Sürücülük vəsiqəsinin (B kateqoriyası) olması mütləqdir.

İş şərtləri: 

-      Əmək haqqı:Sabit əmək haqqı və bonus hissədən ibarət olur

-      Korporativ nömrə, maşın, yanacaq şirkət tərəfindən təmin edilir. 

-      Bakı şəhərinə tələb olunur.  

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini  hr@damlamebel.az  elektron ünvanına mövzu yerinə “Satış təmsilçisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Karyera imkanları üçün müraciət edin